Safurənin yeni doğulan övladı - foto

27 Oktyabr 2017 16:46 (UTC+04:00)

“Eurovision” təmsilçilərimizdən olan Safurə Əliyevanın yeni doğulan övladının fotosu yayılıb.

Axşam.az-ın məlumatına görə, fotonu Safurənin anası Nailə Əlizadə İnsatqram səhifəsində paylaşıb.

Qeyd edək ki, Safurə bir müddət əvvəl qız övladı dünyaya gətirib. S.Əliyeva keçmiş energetika naziri, mərhum Natiq Əliyevin oğlu Fərhad Əliyevlə ailəlidir. Cütlüyün İsgəndər adlı bir oğlan övladı da var.