"Barcelona" portuqal futbolçunu 40 milyon avrodan aşağı satmayacaq

27 Oktyabr 2017 16:57 (UTC+04:00)

"Barcelona"nın yarımmüdafiəçisi Andre Qomeş oyun praktikasının azılığı səbəbindən klubunu dəyişə bilər. Movqe.az goal.az-a istinadən  xəbər verir ki, katalonlar onun transferindən minimum 40 milyon avro qazanmağa çalışır. "Barcelona" 2016-cı ilin yayında onu "Valencia"dan 35 milyon avroya heyətinə qatmışdı.

Qomeşi "Juventus" icarəyə götürmək istəyir.Tərəflər danışıqları uğurla başa vursa, "qoca senyora" onun transfer hüquqlarına da sahib çıxa bilər.