Bakıda elektrik sayğacları alışıb, mənzillər yanğından mühafizə olunub

28 Oktyabr 2017 13:45 (UTC+04:00)

Gecə saatlarında Bakıda yanğın faktı qeydə alınıb.

Movqe.az-a  FHN-dən verilən məlumata görə, paytaxtın Xətai rayonunda pilləkən qəfəsində quraşdırılmış 9 ədəd elektrik sayğacı, 9 ədəd qoruyucu açar və 1 p.m kabel yanıb. Mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.