"Windows Blue"un görüntüləri internetə sızıb

7 Mart 2013 16:49 (UTC+04:00)

Movqe.az xəbər verir ki, "Microsoft"un rəsmən nümayiş etdirmədiyi "Windows Blue"dan daha bir görüntü internetə sızıb. "Neowin" Forumlarında ortaya çıxan görüntülərdə "Windows Blue"un quruluş nömrəsinin 9347-ə çatdığı görülür. Görülən ən son quruluş nömrəsi isə 9317 idi. Əməliyyat sisteminin istifadə müddətinin 15 yanvar 2014-cü ildə bitəcəyi deyilib.  "Windows Blue"un "Windows 8"ə təqdim edəcəyi yeniliklər arasında yeni interfeys xüsusiyyətləri, yeni axtarış funksiyaları, daha sürətli kernel "Internet Explorer" 11var. "Blue" yenilənməsinin yaz aylarında istifadəyə verilməsi gözlənilir.