Rauf Abdullayev “İstiqlal” ordeni ilə təltif edilib

28 Oktyabr 2017 18:19 (UTC+04:00)

Prezident İlham Əliyev Rauf Canbaxış oğlu Abdullayevin “İstiqlal” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, R.Abdullayev Azərbaycan musiqi mədəniyyətinin inkişafı və təbliğindəki böyük xidmətlərinə görə təltif edilib.