Musa Qasımlıya "Şöhrət" ordeni verilib

28 Oktyabr 2017 18:30 (UTC+04:00)

Azərbaycan Prezidenti İlham Əliyev Musa Cəfər oğlu Qasımlının “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Musa Qasımlı Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirakına görə “Şöhrət” ordeni ilə təltif edilsin.