Hadi Rəcəbli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib

28 Oktyabr 2017 19:38 (UTC+04:00)

Azərbaycan Prezidenti İlham Əliyev Hadi Musa oğlu Rəcəblinin 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Hadi Rəcəbli Azərbaycanın ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin.