Xızıda "Mercedes" yanıb

29 Oktyabr 2017 09:30 (UTC+04:00)

Xızı rayonunda "Mercedes" markalı avtomobil yanıb.

Movqe.az-ın FHN-in saytına istinadən verdiyi məlumata əsasən, minik avtomobilinin mühərrikində elekrtik naqilləri yanıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.