Bu günə olan hava proqnozu

30 Oktyabr 2017 09:00 (UTC+04:00)

Bu gün Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz olacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə verilən məlumata görə, səhər bəzi yerlərdə zəif duman olacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 14-16° isti, gündüz 20-25° isti,

Bakıda gecə 14-16°, gündüz 23-25° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan aşağı 754 mm civə sütunundan 749 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 40-50 % olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq.

Səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Lakin axşama doğru bəzi qərb rayonlarında qısamüddətli yağış yağacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək

Havanın temperaturu gecə 10-15°, gündüz 21-26° isti, dağlarda gecə 5-10°, gündüz 15-20° isti olacağı gözlənilir.