Azərbaycana 26 milyon dollar ayrılıb

30 Oktyabr 2017 10:32 (UTC+04:00)

"Azərbaycan və ABŞ kütləvi qırğın silahlarının qarşını almaq üçün birgə əməkdaşlıq edir. Bu əməkdaşlığın gözəl tarixi var"

Movqe.az xəbər verir ki, bunu ABŞ ölkəmizdəki səfiri Robert Sekuta bildirib.

Diplomat qeyd edib ki, kütləvi qırğın silahlarının qarşısının alınması üçün ABŞ Azərbaycana ümumilikdə 26 milyon dollar ayırıb. 

"Ölkələrimizin bir çox məsələlərdə mövqeyi üst-üstə düşür. Biz Azərbaycanın necə çətin bir bölgədə yerləşdiyini başa düşürük. Digər ölkələrin də Azərbaycan kimi kütləvi qırğın silahlarının qarşısının alınması istiqamətində addımlar atması məqsədə uyğundur"

azvison.az