Avropa birinciliyində Azərbaycanı bu taekvandoçular təmsil edəcək

30 Oktyabr 2017 11:27 (UTC+04:00)

2-5 noyabr tarixlərində Larnaka şəhərində keçiriləcək Avropa birinciliyində ölkəmizi 18 (10 oğlan və 8 qız) gənc taekvondoçu təmsil edəcək.

Movqe.az goal.az-a istinadən  xəbər verir ki, komandanın heyətində oğlan taekvondoçulardan Bəhruz Quluzadə, Xanoğlan Kərimov, Ayaz Qəmbərli, Samir Məhərrəmov, Qasım Aslanov, Taleh Süleymanov, Cavad Ağayev, Niyaz Zülfüqarlı, Həsən İbrahimov və Orxan Tağızadə yer alıb.Zərif cinsin nümayəndələri olan Minayə Əkbərova, Mehriban Məmmədova, Nərgiz Mirzəyeva, Sevda Pirseyidova, Nərmin Süleymanova, Diana Hacəliyeva, Leyla Məmmədova və Şəms Həsənova da dayanq üzərinə çıxacaq.
Sayca 21-ci olan və 700-dən çox idmançının mübarizə aparacağı Avropa birinciliyi Larnaka şəhərinin “Kision Athletic Center” arenasında keçiriləcək. Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev və ədalət təmsilçilərimizdən beynəlxalq dərəcəli hakim Gündüz Abdullayev də Kiprə yollanıb. Baş məşqçi Məmməd Abdullayev və Zahid Məmmədovun rəhbərlik etdiyi komanda noyabrın 6-də vətənə dönəcək.