Həmsədrlərin XİN rəhbərləri ilə görüşünün VAXTI AÇIQLANDI

30 Oktyabr 2017 14:42 (UTC+04:00)

Noyabr ayının ortalarında ATƏT-in Minsk qrupu həmsədrlərinin Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşü gözlənilir.

Movqe.az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.

Onun sözlərinə görə, görüşün harada keçiriləcəyi hələ dəqiqləşdirilməyib.