Bundesliqada baş məşqçi istefası

30 Oktyabr 2017 15:46 (UTC+04:00)

"Verder"in baş məşqçisi Aleksandr Nuri istefaya göndərilib.

Movqe.az goal.az-a istinadən xəbər verir ki, 38 yaşlı İran əsilli mütəxəssis 2016-cı ilin oktyabrından Bremen klubunu çalışdırırdı. Onun rəhbərliyi altında komanda Bundesliqada yerini qorumuş və Avrokuboklar uğrunda mübarizə aparmışdı. Hazırda "Verder" yenə turnir cədvəlinin zirzəmisində - 17-ci pillədə qərarlaşıb. İlk 10 turda cəmi 5 xal toplayan komandanın aktivində qələbə yoxdur.

Nurini əvəzləməyə namizədlər Bruno Labbadiya, Rene Vayler, Frank Koxenfeldt, Markus Vayntsril və Tomas Şaafdır. Onların arasında ən real namizəd təcrübəli mütəxəsis Tomas Şaafdır.