Ərdoğan: BTQ-nin açılışı regionun gələcəyi üçün mühüm hadisədir (YENİLƏNİB)

30 Oktyabr 2017 15:49 (UTC+04:00)

Bakı-Tbilisi-Qars (BTQ) dəmiryolunun açılışı regionun gələcəyi üçün mühüm hadisədir. Movqe.az-ın Trend-ə istinadən  məlumatına görə, bunu bu gün Bakıda Bakı-Tbilisi-Qars dəmir yolunun rəsmi açılış mərasimində çıxışı zamanı Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Türkiyə Prezidenti qeyd edib ki, bu gün Çindən Avropaya gedən yükün həcmi 240 milyon tonu keçir:

"Əgər bu yükün heç olmasa 10 faizi bizim ölkələrdən keçən "Orta dəhliz" vasitəsilə nəql olunsa, o zaman biz əlavə olaraq 24 milyon ton yük daşıya bilərik".

Ərdoğan həmçinin, Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib.