Azərbaycanda körpü təhlükəli vəziyyətə düşdü: Çatlar yarandı - FOTO

30 Oktyabr 2017 16:52 (UTC+04:00)

Bərdə şəhərində yerləşən körpüdə təhlükəli vəziyyət yaranıb.

Movqe.az APA-ya istinadən xəbər verir ki, Tərtərçay çayının Bərdə şəhərinin mərkəzindən keçən hissəsində quraşdırılan beton konstruksiyalı yol ötürücüsünün üzərindən ağır yük maşınlarının keçməsi nəticəsində çatlar və 10 sm çökmə yaranıb.
 
43 saylı Yol İstismar İdarəsi MMC-nin rəisi İlham Əzimovun bildirdiyinə görə, problemin aradan qaldırılması məqsədi ilə tikinti işlərinə başlanılıb.