AÇG yataqlarının işlənilməsi ilə bağlı saziş uzadıldı

31 Oktyabr 2017 13:39 (UTC+04:00)

"Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun xarici şirkətlərlə birgə işlənməsi ilə bağlı saziş 2050-ci ilə qədər uzadıldı.

Movqe.az-ın  məlumatına görə, Milli Məclisin bu gün keçirilən plenar iclasında "Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq" yataqlarının və "Günəşli" yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında" Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Azərbaycan (ACG) Limited, BP Eksploreyşn (Kaspian Si) Limited, Şevron Xəzər, Ltd., Ekson Azərbaycan Limited, İnpeks Sausvest Kaspian Si, Ltd., İtoçu Oyl Eksploreyşn (Azərbaycan) İnk., ONGC Videş Limited, Statoyl Abşeron AS, Türkiyə Petrolleri A.O. arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə Azərbaycan Respublikası Qanununun layihəsi müzakirəyə çıxarılıb.

Müzakirələrdən sonra saziş səsə qoyularaq təsdiq edilib.

trend