Evdən oğurluq edən şəxslər saxlanılıb

31 Oktyabr 2017 16:12 (UTC+04:00)

Evdən oğurluq edən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional qrupundan Movqe.az-a verilən məlumata görə, Göygöl Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə mənzildən oğurluq edən şəxslər tutulub.

Rayonun Üçtəpə kənd sakini olan bir nəfər qadın RPŞ-yə müraciət edərək ona məxsus evdən üçüncü dəfə oğurluq olunduğunu bildirib.

Əməliyyat-axtarış tədbirlərinə başlayan polis əməkdaşları tərəfindən şübhəlilər müəyyən edilib və onlar saxlanılaraq Polis Şöbəsinə gətiriliblər.

RPŞ-də aparılan arqaşdırmalar zamanı Üçtəpə kənd sakini Səxavət Zeynalov və Elvin Hüseynov etiraf ediblər ki, evdən ümumilikdə 1822 manat pul oğurlayıbar. Saxlanılan şəxslər pulu bölüşərək xərclədiklərini bildiriblər.

Faktla bağlı cinayət işi başlanılıb.