Şimali Koreyada nüvə obyekti çöküb: 200 ölü

31 Oktyabr 2017 17:30 (UTC+04:00)

Şimali Koreyada yeraltı nüvə sınaqları obyekti çöküb.

Movqe.az-ın  məlumatına görə, hadisə nəticəsində 200 nəfər həlak olub.

Qərb mətbuatı qəzanın Çin sərhədindən 80 kilometr məsafədə, Mantapsan dağlarında qeydə alındığını yazır.

Qeyd olunur ki, hadisə oktyabrın 10-da baş verib.

Hazırda hadisənin təfərrüatları araşdırılır.trend