Sevgilisi yenidən Arda Turanı bağışladı

5 Noyabr 2017 17:30 (UTC+04:00)

 

Futbolçu Arda Turan sevgilisi Aslıhan Doğandan ötən il ayrılmışdı. 

Movqe.az Axşam.az-a istinadən xəbər verir ki, adı son bir ildə rus model Miranda Şelia, Ebru Şallı, Didem Soydan, Yağmur Ünal, Özgü Ulusoy ilə hallanan Arda sevgilisini bezdirməyib. 

Arda Aslıhanın ailəsi ilə birlikdə qaldığı villanın qarşısına gedib. Qapıda sevgilisini saatlarla gözləyən və ona dayanmadan mesaj yazan Turan "barışmayacam" cavabı alıb. Futbolçu Tansel adlı dostlarından kömək istəyib. Beləcə, Aslıhanla barışmağı bacarıb. Cütlük 1 aydır yenidən birlikdədir.