Şahmatçılarımızdan üçüncü çempionluq!

7 Noyabr 2017 08:12 (UTC+04:00)

Azərbaycanın kişi şahmatçılarından ibarət yığması Yunanıstanın Krit adasında 3-cü dəfə Şahmat üzrə Avropa Çempionu olub.Movqe.az goal.az-a istinaddən  xəbər verir ki, Azərbaycan və Rusiya milliləri eyni - 14 xal qazanıblar. Lakin, əlavə göstəricilərə görə Azərbaycan rəqibindən üstün olub.
Çempionatın sonuncu - 9-cu turunda şahmatçılarımız Ukrayna ilə heç-heçə edib. Rusiya isə Almaniyanı 3-1 hesabı ilə məğlub edib.Xatırladaq ki, 8-ci turda yığmamız Rusiyanı məğlub edə bilib.