Azərbaycanı “Eurovision-2018”də təmsil edəcək ifaçı müəyyənləşib

8 Noyabr 2017 16:15 (UTC+04:00)

Azərbaycanı “Eurovision-2018” mahnı müsabiqəsində təmsil edəcək ifaçı müəyyənləşib.
 Movqe.az xəbər verir ki, bu barədə APA-ya İctimai Televiziya və Radio Yayımları Şirkətindən məlumat verilib.
 
Qeyd olunub ki, bu gün münsiflər heyətinin iclası keçirilib. 
 
Toplantıda ölkəmizi builki yarışmada təmsil edəcək iştirakçının adı müəyyənləşib. Bu, Aysel Məmmədovadır.