Bu gün Bakıda zəlzələ olub
10 Mart 2013 11:12 (UTC+04:00)
Ötən gün Xəzər dənizinin Nardaran sahillərində zəlzələ baş verib.
Movqe.az-in AMEA Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən
verdiyi məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 16.41-də
Nardaran stansiyasından 46 km şimal-şərqdə qeydə alınıb. İlkin
məlumata görə, yeraltı təkanlar dənizin 35 km dərinliyində,
episentrdə 3.10 bal gücündə hiss olunub.
Zəlzələ hiss olunmayıb və təbii fəlakət nəticəsində dağıntı və
insan tələfatı qeydə alınmayıb.