"Azərbaycanda çinli miqrantların sayı azalıb"

1 Dekabr 2011 16:22 (UTC+04:00)

Dövlət Miqrasiya Xidmətinin (DMX) Daxili İşlər Nazirliyi ilə birgə həyata keçirdiyi tədbirlər nəticəsində Azərbaycanda çinli miqrantların sayı azalıb. Bunu jurnalistlərə açıqlamasında Dövlət Miqrasiya Xidmətinin (DMX) Miqrasiya siyasəti idarəsinin rəisi Vahid Qəhrəmanov bildirib. İdarə rəisinin sözlərinə görə, Vahid Miqrasiya Məlumat Sistemi vasitəsilə miqrantlar barədə məlumatlar daim diqqətdə saxlanılır. O qeyd edib ki, ölkə ərazisindəki miqrantlar əsasən MDB ölkələrindən gələnlərdir. "Türkiyədən gəlmiş miqrantlar da çoxluq təşkil edir. Bir neçə il əvvələdək Azərbaycanda Çindən gəlmiş miqrantlar üstünlük təşkil edib, lakin DMX-nin Daxili İşlər Nazirliyi ilə birgə həyata keçirdiyi tədbirlər nəticəsində bu say əhəmiyyətli dərəcədə azalıb". V.Qəhrəmanov vurğulayıb ki, hazırda miqrasiya Azərbaycan üçün heç bir təhlükə daşımır.