Ronaldo rəfiqəsinə portuqaliyalı modellə xəyanət edib? - FOTO

12 Noyabr 2017 22:36 (UTC+04:00)

"Real Madrid" və Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldo rəfiqəsi Corcinya Rodriqezə xəyanətdə ittiham olunub. Movqe.az Goal.az-a istinadla xəbər verir ki, "Zirvədəki məhəbbət" adlı realiti-şouda iştirak edən model Nataşa Rodriqez ulduz futbolçu ilə bir gecə keçirdiyini açıqlayıb.

"Ronaldonun sevgilisi olduğunu bilirdim. Buna baxmayaraq biz dost olduq, aramızda etibar vardı. O, xoşagələn insandır. Uzun müddət yazışandan sonra onunla görüşmək inanılmaz idi. Həmin gecə unudulmaz oldu. Sonra ona dedim ki, şouda iştirak edəcəm. Xahiş etdi ki, bu fikirdən əl çəkim. Deyəsən, Ronaldo məni cinsi əlaqə üçün istifadə etdi. Təəssüflənmirəm, çünki bu, mənim arzum idi. Bədənim onun həmişə xoşuna gəlib".

Portuqaliyalı forvardın Kriştianu (7 yaş) adlı oğlu, Eva və Mateo adlı əkiz övladları var. Bu yaxınlarda onun rəfiqəsi Corcinya futbolçuya 4-cü övlad dünyaya gətirəcək.