Novruza qədər əfv fərmanı veriləcək

11 Mart 2013 10:37 (UTC+04:00)

Azərbaycanda Novruz bayramı ərəfəsində növbəti əfv fərmanın olacağı gözlənilir. Movqe.az-ın Prezident yanında Əfv Komissiyasına istinadən verdiyi məlumata görə, artıq komissiya üzvlərinin hazırladıqları siyahılar müzakirə olunub. Bir neçə gün ərzində yekun qərarın veriləcəyi bildirilib.


Məlumatda həmçinin qeyd edilib ki, martın 17-ə qədər növbəti əfv fərmanı verilə bilər.


Qeyd edək ki, sonuncu əfv fərmanı Prezident İlham Əliyev tərəfindən 2012-ci ilin dekabrında imzalanıb.