Yupiter və Venera gözlə görünəcək halda - VİDEO - FOTO

17 Aprel 2018 22:21 (UTC+04:00)

Bu gün səhər saatlarında böyük planetlərdən olan Yupiter və Veneranı gözlə görmək mümkün olub.

Movqe.az  milli.az-a istinadla bildirir ki, teleskopa ehtiyac olmadan gözlə görünə bilən planletlərin şəkillərini çəkənlər fotoları sosial şəbəkələrə yükləyiblər.

Fotolar bu gün səhər saatlarında çəkilib. Şəkildə yuxarıdakı parıltı Venera, aşağıdakı isə Yupiter planetidir.

Qeyd edək ki, astroloqlar iki planetin saat 7:15 radələrində yaxınlaşacağını və bir alt-alta olacağını əvvəlcədən bildirmişdilər.