Polad Alemdar ürəyindən əməliyyat olundu

11 Mart 2013 11:06 (UTC+04:00)
Movqe.az AHT-yə istinadən bildirir ki, İstanbuldakı Maslak Acıbadem hospitalına aparılan Şaşmaz bürada müayinə olunub.
Həkimlərin dediklərinə görə, Şaşmazın damarlarındakı kiçik tıxanma aradan qaldırılıb.

Daha dəqiq olsaq, Şaşmazın ürək damarlarından birində tıxanma yarandığı üçün qısamüddətli koronar angioqrafiya əməliyyatı aparılıb.

Onun ayağından damar kəsiyi götürülərək ürəyə gedən aorta damarına tikilib.
O, qısamüddətli istirahətdən sonra yenidən serialın çəkilişlərinə qayıdacaq.

Aktyorun xanımı Nagehan Şaşmazı dediyinə görə, əməliyyat uğurla keçib.
"Kurtlar Vadisi Pusu" serialını çəkən Pana Film studiyasının rəhbərliyi xəstəxanada Şaşmaza baş çəkiblər.