Dindirmə otağında Gülər Əhmədovanın vəziyyəti pisləşib-Eksklüziv

11 Mart 2013 10:49 (UTC+04:00)
İstintaq təcridxanasında Gülər Əhmədovanın halı pisləşdiyindən onun dindirilməsi baş tutmayıb. Bu məlumatı Movqe.az-a sabiq deputatın vəkil Raqif Məmmədov  verib. R. Məmmədov bildirib ki, martın 9-da müstəntiqlə birgə o da təcridxanada olub: "Xeyli dindirmə otağında Gülər Əhmədovanı gözlədik. Vəziyyəti yaxşı olmadığından gec gətirdilə. Amma müstəntiq sorğu-sual edə bilmədi. Çünki vəziyyəti çox pis idi. Təyziqi qalxmışdı, ürək bulanması, öyməsi dayanmırdı.  Ona görə də, Gülər Əhmədovanın dindirilməsi baş tutmadı".
R. Məmmədov yenidən G. Əhmədovanın həkim müayinəsindən sonra təcridxanaya, saxlanıldığı kameraya aparıldığını söylədi