Azərbaycanın Birinci vitse-prezidentinin daha bir köməkçisi təyin edildi

14 Noyabr 2017 14:37 (UTC+04:00)

Azərbaycanın Birinci vitse-prezidentinin daha bir köməkçisi təyin edilib.

Movqe.az-ın Azərbaycan Prezidentinin saytına istinadən verdiyi məlumata görə, Gündüz Kərimov Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın köməkçisi təyin edilib.

Qeyd edək ki, G.Kərimovdan başqa, Anar Ələkbərov, Yusuf Məmmədəliyev və Elçin Əmirbəyov da Birinci vitse-prezidentin köməkçisi vəzifəsində çalışırlar.