Amerikanın 400 əsgəri Gürcüstanda

11 Mart 2013 13:17 (UTC+04:00)

Movqe. az-ın Gürcüstan mətbuatına istinadən verdiyi məlumata görə, ABŞ-ın hərbi dəniz piyadalarının 400 nəfərlik heyəti Gürcüstana gəlib. 


Qeyd edək ki, dəniz piyadaları Gürcüstanın ABŞ-la birgə keçiriləcək "döyüş ruhu-2013" hərbi təlimlərində iştirak edəcək. Gürcüstanın Müdafiə Nazirliyi bildirib ki, hərbi təlimlər Tiflisin yaxınlığındakı Vaziani poliqonunda keçirləcək. Bu gündən başlanan təlimlər aprelin 5-ə qədər davam edəcək.