İlk "üzən şəhər" gəlir

14 Noyabr 2017 16:44 (UTC+04:00)

"PayPal" şirkətinin təsisçisi Peter Thiel uzun illərdi üzərində işlədiyi və ən böyük şərik olduğu "üzən şəhər" layihəsini sürətləndirib. Movqe.az xəbər verir ki, Sakit Okeanda yer alacaq şəhər üçün ilk işlərin 2020-ci ildə başlanılması planlaşdırılır. Yanvar ayında test platforması qurmağı razılaşdıran şirkət planetimizin ilk "üzən şəhəri"ni Tahitidə qurmağa hazırlaşır. Tamamlandığı zaman bir neft platforması kimi görünəcək  şəhər öz qanunları ilə müstəqil olacaq.  Tamamlandığı zaman şəhər hər birində təxminən 270 nəfərin yerləşəcəyi yüzlərlə platforma şəklində olacaq. Seasteading İnstitutunun sədri Joe Quirk açıqlamasında bildirib ki, şəhərin dünya hökumətləri ilə heç bir əlaqəsi olmayacaq. Eyni zamanda 2050-ci ilə qədər yüz minlərlə "üzən şəhər" olacağını deyib. 
Mübariz BAYRAMOV