"Facebook" "Like" işarəsini ləğv edir

15 Noyabr 2017 14:35 (UTC+04:00)

"Facebook"da uzun zamandır "bəyənməmək" (dislike) düyməsinin əlavə edilməsi danışılırdı. Bu layihə sosial mediada  böyük əks-səda doğuracağı üçün təxirə salındı. Bunun əvəzinə isə istifadəçilərin duyğularını ifadə edən müxtəlif  işarələr əlavə edildi. Movqe.az xəbər verir ki, "Facebook"-a daha bir yenilik gəlir.  6 fevral 2018 tarixindən etibarən "bəyən" (Like) işarəsi aradan qaldırılacağı söylənilir. Bunun yerinə isə duyğuları ifadə edən digər işarələr istifadə olunacaq. Digər dəyişiklik isə "dəvət sistemi"nin ləğvidir. Bu funksiya  kifayət qədər təsirli olmadığı üçün çıxarılacaq. 

Mübariz Bayramov