Azərbaycan əhalisinin gəlirləri 8% artıb

16 Noyabr 2017 18:30 (UTC+04:00)

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan əhalisinin nominal gəlirləri 40 190,7 mln. manat təşkil edib.

“Movqe” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8,2% çoxdur.
Hesabat dövründə adambaşına düşən gəlir isə 7,2% artaraq 4 131,9 manata çatıb.