İndiyədək 20 min 667 ipoteka krediti verilib

19 Noyabr 2017 09:42 (UTC+04:00)

"Azərbaycan İpoteka Fondu" ASC-nin (AİF) xətti ilə indiyədək verilən ipoteka kreditlərinin sayı və məbləği açıqlanıb.

AİF-dən verilən məlumata görə, fondun xətti ilə 20 min 667 ipoteka krediti verilib. "Azərbaycan İpoteka Fondu"nun vəsaitləri hesabına verilmiş ipoteka kreditləri üzrə məbləğ 900 milyon 105 min 152 manatdan çoxdur.