Bakının Hövsan qəsəbəsində ikinci güzəştli mənzil kompleksinin tikintisinə ilin sonunadək başlana bilər.
Movqe.az-ın məlumatına görə, bunu jurnalistlərə Azərbaycan Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin aparat rəhbəri Anar Quliyev deyib.
O qeyd edib ki, layihə-smeta sənədləri artıq hazırdır: "Yaxın günlərdə işlərə başlanılacaq".