Bərdədə ər-arvadı maşın vurub öldürdü

16 Noyabr 2017 17:48 (UTC+04:00)

Bərdə rayonunda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-nın Qarabağ bürosunun xəbərinə görə, ötən gecə Bərdə şəhərinin Bakı prospektində 1986-cı il təvəllüdlü Cəfərov Malik Baloğlan oğlunun idarə etdiyi, 02 BR 258 dövlət nömrə nişanlı, “VAZ 2107” markalı avtomobillə 1967-ci il təvəllüdlü Əliyev Zakir Rasim oğlu və onun həyat yoldaşı, 1970-ci il təvəllüdlü Əliyeva Zülfiyyə Məhəmməd qızı vurulub.
 
Piyadaların ikisi də hadisə yerində ölüb. Sürücü saxlanılıb.
 
Faktla bağlı cinayət işi başlanıb.