Hacı Əbdül 77 yaşında ata oldu

16 Noyabr 2017 18:10 (UTC+04:00)

Tanınmış din xadimi, "Tövbə” cəmiyyətinin sədri Hacı Əbdül Əbdülov növbəti dəfə ata olub. Movqe.az xəbər verir ki, bu barədə modern.az-a o özü məlumat verib. 77 yaşlı Hacı Əbdülün ikinci həyat yoldaşından daha bir oğlu doğulub:
 
"Bu yaxınlarda oğlum Əbdülün qardaşı dünyaya gəlib. Onun da adını Əbdül qoymuşam. Olub Əbdül-2”.

Xatırladaq ki, hazırda 77 yaşı olan Hacı Əbdül Əbdülovun birici həyat yoldaşından Məhəmməd adlı bir oğlu var. 

2010-cu ildə ikinci xanımından daha bir oğlu doğulub və ona öz adını verib –Əbdül. 

İndi doğulan uşağa da eyni adın qoyulması nəticəsində bir ailədə 3 Əbdül olub – biri ata, 2-si oğul.