Tərtərdə ferma yanıb

17 Noyabr 2017 10:10 (UTC+04:00)

Tərtər rayonunun Qazyan kəndində fermanın dam örtüyü və tavanı 100 kv.m sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Movqe.az-a verilən məlumata görə, fermanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.