Ermənilər mövqelərimizi atəşə tutublar

12 Mart 2013 10:18 (UTC+04:00)

Erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun işğal olunmuş Cəvahirli, Goranboy rayonunun Tapqaraqoyunlu, Füzuli rayonunun Aşağı Veysəlli, Qorqan kəndləri yaxınlığında və Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar. 



Movqe. az-ın Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi  məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.