Məşhur tennisçi qarət olundu

17 Noyabr 2017 12:00 (UTC+04:00)

Məşhur amerikalı tennisçi Vinus Uilyamsın evi qarət olunub. 

Movqe.az goal.az-a istinadən  xəbər verir ki, 37 yaşlı idmançının təxminən 400 min dollarlıq əmlakı oğurlanıb.

Hadisənin 1 – 5 sentyabr aralığında baş verdiyi bildirilir. Hüquq-mühafizə orqanları hələlik qarətçilərin kimliyini müəyyənləşdirə bilməyiblər. Tennisçinin evindən nələrin oğurlandığı açıqlanmır.

Qeyd edək ki, V.Uilyams 4 qat olimpiya çempionu və Uimbldon turnirinin beşqat qalibidir. (WPEC-TV)