AFFA rəsmisinə UEFA-dan yeni təyinat gəlib

17 Noyabr 2017 12:48 (UTC+04:00)

AFFA-nın baş katibinin müavini Sərxan Hacıyev UEFA tərəfindən yeni təyinat alıb.

Movqe.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, milli assosiasiyanın rəsmisi Gənclər Liqasının qrup mərhələsində "Maribor" (Sloveniya) - "Sevilya" (İspaniya) oyununun UEFA nümayəndəsi olacaq.

Matç dekabrın 6-da Sloveniyanın Lendava şəhərində keçiriləcək.