Azərbaycanda son 24 saatda ikinci zəlzələ oldu - YENİLƏNİB

17 Noyabr 2017 18:16 (UTC+04:00)

Azərbaycanda növbəti dəfə zəlzələ olub.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Trend-ə verilən məlumata görə, yerli vaxtla saat 17:27-də Ağdam ərazisində zəlzələ qeydə alınıb.

Maqnitudası 4.7, dərinliyi 25 km olan zəlzələ episentrdə 4 bal, yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.

-----------

17:40

 

Azərbaycanda növbəti dəfə zəlzələ olub.

Movqe.az report-a istinadən xəbər verir ki, təkanlar Bərdə, Yevlax, Mingəçevir və digər rayonlarda hiss edilib.

Respublika Seysmoloji Xidmət Mərkəzi sözügedən sayta məlumatı təsdiqləyib.