Əli Həsənov: “Azərbaycan” nəşriyyatında yerləşən bütün qəzetlərə maliyyə yardımı nəzərdə tutulmur”

12 Mart 2013 13:50 (UTC+04:00)

Movqe. az-ın verdiyi məlumata görə, bu açıqlamanı jurnalistlərə Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov verib.

 

Onun sözlərinə görə, Azərbaycan mediasına KİVDF vasitəsilə yardım göstərilir: "Fond vasitəsilə KİV-lərin bəzi ehtiyaclarının qarşılanması tədbirləri həyata keçirilir. Bu il Azərbaycan jurnalistləri üçün inşa edilən bina istifadəyə veriləcək. Mətbuat orqanlarının maddi-texniki bazasının gücləndirilməsi istiqamətində indiyədək bir neçə sərəncam imzalanıb. Bacardığımız qədər azad mediaya yardım göstəririk. Lakin bu gün ölkədə mövcud olan bütün KİV-lərin ehtiyaclarını dövlət qarşılaya bilməz. Qarşılasa belə, artıq onlar azad KİV ola bilməz".