Rusiya Xəzərdə geniş miqyaslı hərbi təlim keçirir

19 Noyabr 2017 14:43 (UTC+04:00)

Rusiya Xəzərdə geniş miqyaslı hərbi təlim keçirir.

Movqe.az APA-ya istinadən verdiyi məlumata görə, hərbi təlimə Xəzər donanmasının 20 gəmi və kateri, o cümlədən "Dağıstan" və "Tatarıstan" raket gəmiləri, "Qrad Sviyajsk", "Uqliç" "Velikiy Ustyuq", "Volqodonsk", "Mahaçqala" və "Astraxan" kiçik raket və artilleriya gəmiləri qatılıb.

 

Təlimdə məqsəd "düşmən"in hava hücumunu dəf etməkdir.