ABŞ KXDR-ə qarşı əlavə maliyyə sanksiyaları tətbiq edib

12 Mart 2013 13:55 (UTC+04:00)

"RİA Novosti"- nin verdiyi məlumata görə, Amerika prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Tomas Donilon bildirib ki, ABŞ ölkənin əsas bankı olan və valyuta əməliyyatları ilə məşğul olan KXDR Ticarət Bankına qarşı əlavə sanksiyalar tətbiq edib. 


Donilon Nyu Yorkda Asiya cəmiyyətində çıxış edərkən bildirib: "Bu gün ölkənin Maliyyə Nazirliyi  kütləvi qırğın silahları proqramına dəstək göstərilməsində rolu olan ölkənin əsas daxili ticarət bankı- KXDR Daxili Ticarət Bankına qarşı ABŞ-ın tətbiq etdiyi  sanksiyaları elan edir".


Xatırladaq ki, nüvə qurğusunun sınağı  KXDR-in nüvə və raket texnologiyalarının inkişafını məhdudlaşdırması barədə BMT-nin Təhlükəsizlik Şuraının qətnaməsinə zidd olaraq 12 fevralda keçirilmişdi. BMT, öz növbəsində, KXDR-in bank hesabları və əməliyyatlarını bağlamağa imkan verən sanksiyalar layihəsini qəbul edib.


Bundan əlavə, Şimali Koreya diplomatları da nəğd pul axtarışları ilə yoxlanıla bilərlər.  

 Qeyd edək ki,məhdudiyyətlər yalnız, KXDR-in daxili ticarətinə qoyulub. Şirkətlərə və fiziki şəxslərə  isə sanksiyalar tətbiq olunur.