Soyunan zaman anası hirslənir

12 Mart 2013 15:05 (UTC+04:00)

Pussycat Dolls" qrupunun keçmiş vokalisti Nikol Şerzinger, hər çılpaq şəklinə görə anasından azar eşidir. Movqe.Az-ın xəbərinə görə, gözəl mahnılarından əlavə cazibədar qrup üzvləri sayəsində də bütün dünyada olduqca məşhur olan "The Pussycat Dolls" qrupunun keçmiş üzvü Nikol Şerzingerdən maraqlı bir açıqlama gəlib. Gözəl müğənni çılpaq pozalarda şəkillər çəkdirdiyi zaman olduqca dindar olan anası Rozmari Elikolaninin əsəbiləşdiyini söyləyib. İngilis qəzetlərindən "The Sun"ın saytında yer alan xəbərə görə, Şerzinger 34 yaşında olmasına baxmayaraq anasından hələ azar eşitdir. Müğənni, anasının "Google"da adını axtararaq verdiyi pozaları, müsahibələri və etdiyi işləri yaxından izlədiyini qeyd edib.  Açıq paltar və ya dinə zidd hər vəziyyət üçün anasının ona zəng vurduğunu və azarladığını söyləyən Şerzinger, çılpaqlığı sənət olaraq gördüyünü ancaq anasının eyni fikirdə olmadığını bildirib.