Makedoniya Türk Hərəkat Partiyasının lideri: “Partiya olaraq Qarabağ məsələsi diqqətimizdə olacaq”

20 Noyabr 2017 17:11 (UTC+04:00)

Türk Hərəkatı Partiyasının baş katibi, millət vəkili Enes İbrahim Türk Hərəkat Partiyasında sədr postu uğrunda baş tutan konqres seçkilərində qələbə qazanaraq partiyanın sədri seçilib. Bu barədə məlumatı diaspor üzrə araşdırmaçı-jurnalist,siyasətçinin dostu Elnur Eltürk verib: “Onun sədri seçilməsi partiyada gənclərin önə çəkiləcəyindən xəbər verir. Enes İbrahim Balkanlarda populyar siyasətçidir. Azərbaycan məsələsini daima diqqət saxlayır. Onunla söhbətimizdə Makedoniya-Azərbaycan əlaqələrinin inkişafına çalışacağını,xüsusilə, partiya olaraq Qarabağ məsələsini diqqətlərində saxlayacaqlarını bildirdi. ”,-deyə Elnur Eltürk qeyd edib.