Astarada qaya parçaları və palçıq tökülən avtomobil yolu təmizlənib

20 Noyabr 2017 17:58 (UTC+04:00)

Astara rayonu ərazisində Təxtənəkəran-Toradi avtomobil yolunun kənarında baş vermiş sürüşmə zamanı yola tökülən qaya parçaları və palçıq təmizlənib.

Movqe.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.

Qurum rəsmisi bildirib ki, hadisə intensiv yağışlardan sonra baş verib: "Taxtanəkəran-Miki və Taxtanəkəran-Toradı avtomobil yolunun bir-neçə hissəsinə dağlardan gələn palçıq və qaya parçaları tökülüb. Əraziyə dərhal "Azəravtoyol" ASC-nin ağır texnikaları cəlb olunaraq hərəkət hissəsi təmizlənib. Hazırda yolda hər-hansı bir problem müşahidə olunmur".

A.Nəcəfli bildirib ki, hadisə nəticəsində yolda hərəkət tam dayanmayıb.