“Qarabağ” - “Çelsi" oyunu ilə bağlı azarkeşlərə MÜRACİƏT

21 Noyabr 2017 12:02 (UTC+04:00)

Movqe.az report-a istinadən xəbər verir ki, BOS-un rəsmi "facebook" səhifəsində stadiona gəliş-gediş sxemi təqdim edilib. Bildirilir ki, arenaya gələrkən E qapısında yerləşən Şərq körpüsündən və S qapısında yerləşən Cənub körpüsündən, çıxış zamanı isə BNA tərəfindən təqdim olunan avtobuslara getmək lazımdır.

Həmçinin İctimai Dayanacağa getmək üçün N qapısında yerləşən Şimal körpüsündən, metronun "Koroğlu" stansiyası üçün isə S qapısında yerləşən Cənub körpüsündən istifadə edilməlidir.

Heydər Əliyev prospektində yerləşən İctimai Dayanacaq oyuna 3 saat qalmış açıq olacaq.
Qeyd edək ki, sabah BOS-da təşkil olunacaq matç saat 21:00-da start götürəcək.