Azərbaycanlı futbolçu həbs edildi - İran vətəndaşını qarət etdiyi üçün

21 Noyabr 2017 17:00 (UTC+04:00)

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda İran vətəndaşına qarşı quldurluq etməkdə təqsirləndirilən Abşeron rayon sakinləri Orxan Atayev, Miqdar Məmmədov və Məhərrəm Məhərrəmovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Movqe.az Trend-ə istinadən xəbər verir ki, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən məhkəmə prosesində hökm oxunub. Məhkəmənin hökmü ilə ilə M.Məhərrəmov və Orxan Atayevə 8 il cəza verilib.

Ev dustaqlığında olan Miqdar Məmmədov isə 4 il azadlıqdan məhrum edilib və məhkəmə zalından həbs edilib.

Qeyd edək ki, təqsirləndirilən şəxslərdən Miqdar Məmmədov 17 yaşlardan ibarət milli futbol komandasının üzvü olub.

İttihama görə, təqsirləndirilən şəxslər kafedə oturub yeyib-içdikdən sonra İran vətəndaşı Murtəza Azər və Bakı şəhər sakini Sədi Məmiyev gənclərdən onları daha yaxşı əylənə, yeyib-içə biləcəkləri bir məkana aparmalarını istəyiblər və bildiriblər ki, onların hesabını da ödəyəcəklər.

 

Bakıda məkanlardan birinə gələn şəxslər yeyib-içdikdən sonra hesabın 750 manat edib. İran vətəndaşı hesabı ödəməkdən imtina edib.

Təqsirləndirilən şəxslər İran vətəndaşı Murtəza Azərə və Sədi Məmiyevə zor tətbiq edərək 750 manat pullarını alıblar.